8 avqust 2024 at 19:45
Jurnalist kodu: 5564
Xəbər kodu: 85562436
T T
0 Persons
Ənsarullah lideri: Cavab verməkdə ləngimə taktikadır - Qərbin diplomatik səyləri İranın cavab verməsinə mane olmur

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri açıqlamasında bölgədəki son hadisələrə, o cümlədən şəhid Həniyyənin terror edilməsinə toxunaraq vurğulayıb ki, müqavimət oxundan və İrandan sionist rejimə cavabın ləngiməsi cavabın təsirli olması üçün tamamilə taktiki məsələdir.

Yəmən Ənsarullahının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi açıqlamasında bəyan edib ki, İsmayıl Həniyyə və böyük cihad komandiri Fuad Şükürün terror edilməsi cinayətindən sonra hadisələr bütün bölgəyə təsir edib.

Ənsarullah lideri vurğulayıb: “Düşmənin son cinayətlərində cihad bayrağını daşımaqda və İslam düşməni ilə üz-üzə gəlməkdə xüsusi rolu olan ümmət rəhbərləri və müsəlman kişilər hədəfə alınıb. Sionist düşmənlə döyüş indi ən yüksək həddə çatıb. Düşmənin məqsədi HƏMAS-ın müqavimətini və sabitliyini pozmaq, bu hərəkatın qərar qəbul etməsinə təsir etmək idi. Halbuki, böyük cinayətdən sonra HƏMAS İslam müqavimətində tam həmrəylik yarandı. HƏMAS fəaliyyətini və həmrəyliyini davam etdirdi, düşmənin cinayətləri ilə fikir ayrılığı, zəiflik, mövqe dəyişikliyi yaranmadı. Əl-Qəssam batalyonları da bu cinayətdən sonra cihad missiyasını yaxşı və effektiv yerinə yetiriblər.”

Seyid əl-Husi Yəhya Sinvarın HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbəri seçilməsinə məsələsinə toxunaraq vurğulayıb: “Dostları da, düşmənləri də onun gücünü, sabitliyini və komandanlıq bacarığını tanıyan böyük sərkərdə Yəhya Sinvarın seçiməsinin özü təklikdə İsrail düşməninə mühüm mesajdır. Sinvarın seçilməsi müqavimət və cihadın davam etdirilməsinə açıq vurğudur.”

Ənsarullah lideri çıxışının başqa bir hissədə deyib: “Hizbullah cəbhəsi yüksək effektli, güclü və bənzərsiz zərbələrlə dəstək əməliyyatlarını davam etdirdi, Fuad Şükürün terror edilməsinə və Beyrut ətrafına təcavüz edilməsinə cavabın qaçılmaz olduğunu vurğuladı.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .