Əli Bəhreyni irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya nəzarət edən komitənin 113-cü iclasında deyib: Qeyd olunan sanksiyalara baxmayaraq, iqtisadi artımın və inkişafın artırılması, o cümlədən məhrum ərazilərdə, mühacir və vətəndaşların dəstəklənməsi sahəsində İran İslam Respublikası tərəfindən yaxşı tədbirlər həyata keçirilib.
Ölkəmizin səfiri həmçinin irqçi və aparteid sionist rejimin Qəzzada məzlum və müdafiəsiz Fələstin xalqına qarşı düşmənçilik hərəkətləri və cinayətlərinə işarə edərək, bu rejimin cinayətlərini fələstinlilərin əsas hüquq və azadlıqlarının aşkar şəkildə pozulması hesab edib.
Sizin rəyiniz