9 avqust 2024 at 19:04
Jurnalist kodu: 5561
Xəbər kodu: 85563057
T T
0 Persons
General-mayor Qaani: Şəhid Həniyyənin qanının sionistlərin sərt cəzalandırılmasına təsiri var

Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı deyib: “Şəhid Həniyyənin qanı sionist rejimin İslam Respublikasının əli ilə sərt cəzalandırılmasına təsir edəcək.”

SEPAH Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani Yəhya Sinvara ünvanladığı məktubda onu liderlik və cihad baxımından parlaq keçmişi olan və iftixarlı bir şəxsiyyət adlandırıb, onun HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbəri seçilməsi münasibətilə HƏMAS, Qəzzə və Fələstin xalqının bütün qəhrəmanlarını təbrik edib.

SEPAH Qüds Qüvvələrinin komandanı məktubun bir hissəsində İslam sərkərdəsi İsmayıl Həniyyənin şəhadəti ilə bağlı başsağlığı verərək bildirib: “Şəhid Həniyyə həqiqətən İslam müqavimətinin cəsur liderlərindən biri və İslam aləmində birlik yaradan dəyərli və mətin şəxsiyyət idi.”

General-mayor Qaani vurğulayıb: “İslam İnqilabının Ali Rəhbərinin dediyi kimi, İslam Respublikasındakı bu faciəvi hadisəyə görə onun qanının qisasını almağı özümüzə borc bilirik.”

“Şübhə yoxdur ki, bu uca məqamlı şəhidin qanı sionist rejimin İslam Respublikasının əli ilə həyata keçəcəyi sərt cəzalandırılmasına təsir edəcək” - deyə, komandan qeyd edib.

Bu məktubun başqa bir hissəsində bildirilir: “İslam müqavimətindəki qardaşlarınızın qəhrəmancasına cihadı cəzanı əvvəlkindən daha təsirli edəcək və bu mənfur rejimin ən qısa müddətdə məhv olmasına səbəb olacaq.”

General-mayor Qaani məktubunda qeyd edib ki, HƏMAS yeni məntiqli rəhbər seçməklə sübut etdi ki, HƏMAS-ın qürurlu bayrağını cəbhədə ən çox nüfuz sahibi və Allah yolunun mücahidi olan şəxsə verir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .