Pakayin “Qarabağ münaqişəsi; başlanğıcdan sonadək” kitabının təqdimat mərasimində: “Qafqaz regionunda baş vermiş ən uzun müharibənin əsl hekayəsi təqdim olundu.”

Tehran - İRNA -İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri, “Qarabağ münaqişəsi; başlanğıcdan sonadək” kitabının müəllifi Möhsin Pakayin deyib: “Bu kitab Qafqaz regionundakı ən uzun müharibənin həqiqi və təhrif edilməmiş nəqlini ehtiva edir. Kitabda bu münaqişənin hadisələri sənədli və qərəzsiz şəkildə nəzərdən keçirilib.”

Keçmiş səfir Qarabağ münaqişəsinin həllində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin rolunu və təsirli mövqelərini vurğulayıb, Ayətullah Haşimi Rəfsəncaninin xatirələrinə toxunub, Birinci və İkinci Qarabağ müharibələrində İranın vasitəçilik addımları, eləcə də münaqişə zamanı Tehranın Bakıya yardımını izah edib. 

Pakayin Cənubi Qafqazın əhəmiyyətinə və Qarabağ münaqişəsinin tarixi köklərinə toxunduqdan sonra deyib: “İran İslam Respublikası Qarabağ münaqişəsinin başlanmasından bəri Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünə hörmət etməsinin, eləcə də beynəlxalq sərhədlərin dəyişdirilməməsinin vacibliyini vurğulayıb.” 

Təqdimat mərasimində iştirak edən İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Seyid Abbas Musəvi də bu kitabın müəllifini təbrik etməklə yanaşı deyib: “İran İslam Respublikası Ali Məqamlı Rəhbərin elan etdiyi xarici siyasətdə öz prinsiplərinə əsaslanaraq, separatizmin və güc tətbiqinin əleyhinə olub, Qarabağ münaqişəsi zamanı da bu prinsipə uyğun hərəkət etdi.” 

O, əlavə edib: “Əvvəllər Azərbaycan xalqı İranın Ermənistana meylli olduğunu düşünürdü, lakin Rəhbərin mövqeyi onların bu fikrini dəyişdirdi.” 

Seyid Abbas Musəvi Naxçıvanla Bakının əlaqəsinin İrandan keçdiyini və İranın otuz ildir ki, onları bu marşrutla təmin etdiyini bəyan edərək deyib: “Ümid edirəm ki, Bakı ilə İrəvan arasında yekun sülh bərqərar olacaq, amma Qərb dövlətlərinin və İsrailin maraqları sülhün bərqərar olmamasını tələb edir.” 

İranın Ermənistan Respublikasındakı keçmiş səfiri Seyid Əli Səqqayiyan da sözügedən kitabın yazılmasını bu məsələnin düzgün nəqli üçün zəruri addım hesab edərək deyib: “Ermənistandakı hazırkı gərgin atmosfer Türkiyə, Amerika Birləşmiş Ştatları, hətta İsrail kimi ölkələrin dağıdıcı rolu üçün platforma yarada bilər. Paşinyan hökuməti Rusiya ilə Qərb arasında rəqabəti dərk edərək öz ölkəsinin maraqlarından çıxış etməlidir.” 

Kitabın təqdimat mərasimdə Hüquq Elmləri Universitetinin professor-müəllim heyətinin üzvü və Fərhəng Səbz nəşriyyatının məsul direktoru Əhməd İsmayıl Təbar da İran səfirlərinin xatirələrini yazmağı və regionda baş verən hadisələr haqqında kitablar qələmə almağı alqışlayaraq deyib: “Bu əzizlərin əsərlərini çap etməyə hazırıq.” 

Mərasimdə xəbər medialarının dəyərli rolu uca tutulub, Tavana Analitik Xəbər İnstitutunun jurnalistləri mükafatlandırılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .