10 avqust 2024 at 15:38
Jurnalist kodu: 5564
Xəbər kodu: 85564004
T T
0 Persons
BMT məruzəçisi: İsrail Amerika və Avropa silahları ilə Qəzzədə soyqırım törədir

Tehran - İRNA - BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi bu gün (şənbə) Qəzzə zolağındakı vəziyyətlə bağlı dünyanın səssizliyinə toxunaraq bildirib ki, sionist rejim Amerika və Avropa silahları ilə bu bölgənin əhalisini soyqırım edir.

BMT-nin Fələstində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albanisi deyib: “İsrail Qəzzə zolağında məktəblərdə ardıcıl soyqırımlar törədir.”

O, vurğulayıb ki, sionist rejim Amerika və Avropa silahları ilə Qəzzada Fələstin xalqına qarşı soyqırım törədir və bu hərəkət bütün “mədəni xalqların” laqeydliyi sayəsində baş verir.

Sionist rejim ordusu son cinayətində Qəzzə şəhərinin Əl-Dərc məhəlləsindəki Tabein məktəbində məskunlaşmış və sübh namazı qılmağa məşğul olan fələstinli qaçqınları bombalayıb. Bu hadisədə ən azı 100 fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.

Təxminən 200 fələstinli qaçqın bu məktəbdə sübh namazı qılarkən sionist rejimin hava hücumuna məruz qalıb.

Bu məktəbin bombalanması zamanı sionist rejim hər birinin çəkisi təxminən 500 kq olan 3 bombadan istifadə edib.

Sizin rəyiniz

You are replying to: .