Misir Xarici İşlər Nazirliyi bəyanat yayaraq sionist rejimin Qəzzədə bir məktəbi bombalamasını qətiyyətlə pisləyib.
Bəyanatda bildirilir: “Vasitəçilərin Qəzzədə atəşkəs razılaşmasına nail olmaq səyləri ilə eyni vaxtda sionist rejimin mülki əhaliyə qarşı cinayətlərinin artması qəti şəkildə göstərir ki, bu rejimin müharibəni bitirmək üçün siyasi iradəsi yoxdur.”
İordaniya Xarici İşlər Nazirliyi də yaydığı bəyanatda sionist rejimin Qəzzədə Tabein məktəbini bombalamasının beynəlxalq hüququn açıq şəkildə pozulması və mülki vətəndaşların öldürülməsi planının davam etdirilməsi, həmçinin sığınacaqların hədəfə alınması olduğunu vurğulayıb.
Livanın Xarici İşlər Nazirliyi vurğulayıb: “Qəzzənin bombalanması, uşaq və mülki şəxslərin qətlə yetirilməsi sionist rejimin kabinetinin beynəlxalq qanunlara əhəmiyyət vermədiyini göstərir.”
Livanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, atəşkəsin yaradılması səyləri ilə eyni vaxtda cinayətlərin artması İsrailin müharibəni uzatmaq niyyətində olduğunu göstərir.
Livan Xarici İşlər Nazirliyi daha sonra beynəlxalq ictimaiyyəti Qəzzədəki fələstinliləri qorumaq və humanitar fəlakətlə mübarizə aparmaq üçün vahid mövqe nümayiş etdirməyə çağırıb.
Qətərin Xarici İşlər Nazirliyi yaydığı bəyanatında sionist rejimin Tabein məktəbində törətdiyi yeni cinayəti kəskin şəkildə pisləyib.
Qətər həmçinin sionist rejimin Qəzzədə məktəbləri və sığınacaqları tez-tez hədəf alması ilə bağlı təcili beynəlxalq araşdırmaya çağırıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanatında Qəzzədə kütləvi qətllərə və bu bölgədə görünməmiş humanitar fəlakətə son qoymağa çağırıb.
Müxtəlif fələstinli qruplar da Qəzzə şəhərindəki Tabein məktəbində sionist rejimin yeni cinayətində ABŞ-ı bu rejimin şəriki hesab ediblər və fələstinli qaçqınların bu məktəbdə şənbə səhər saatlarında Amerikanın Təl-Əvivə bağışladığı silahlarla qətlə yetirildiyini vurğulayıblar.
Təqlid mərcəsi həzrət Ayətullah əl-üzma Sistaninin Nəcəfdəki ofisi şənbə günü bəyanat yayaraq sionist rejim ordusunun Tabein məktəbini hədəf almasında böyük cinayəti pisləyib, bu dəhşətli cinayətin 10 aydan artıq ardıcıl cinayətlər sırasına əlavə olunduğunu açıqlayıb.
Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisi sionist rejimin Qəzzə şəhərindəki Tabein məktəbinə hücumunda yüzdən çox fələstinli qaçqının şəhadətinə münasibət bildirdiyi bəyanatında vurğulayıb: “Sionist rejim qan tökməkdə və Fələstin xalqına qarşı bir-birinin ardınca qanlı cinayətlər törətməkdə davam edir.”
İraqın Baş naziri sionistlərin vəhşi hücumlarını, o cümlədən yüzdən çox insanın şəhid olmasına səbəb olan Tabein məktəbinə bugünkü hücumunu pisləyərək bildirib: “Qəzzədə övladların sionistlərin vəhşiliyinə qarşı ayağa qalxmasında qadınların müqaviməti çox təsirli olub və qadınların səbri olmasaydı, Qəzzə sağ qalmazdı.”
Sizin rəyiniz