13 avqust 2024 at 13:34
Jurnalist kodu: 5564
Xəbər kodu: 85567006
T T
0 Persons

Tags

Sionist general: Ordunun vəziyyəti fəlakətlidir – Hərbiçilər bir-birini öldürür

Tehran - İRNA - Bir sionist general deyib: Qəzzada müharibə ordunun vəziyyətini fəlakətli edib. Belə ki, orada nizam-intizam yoxdur və hərbiçilər bir-birini öldürürlər.

Şahab xəbər agentliyinin verdiyi məlumata görə, sionist ordusunun hərbi şikayətlər şöbəsinin keçmiş rəisi “İshaq Brik” verdiyi açıqlamada bu rejim ordusunun fəlakətli vəziyyətdə olduğunu və Qəzzədəki müharibənin öz atəşilə ən çox ölümlə nəticələndiyini bildirib.
O, vurğuladı: Hərbiçilərimiz bir-birini öldürür, qanun, nizam-intizam, əmr yoxdur.
Sionist ordusunun bu istefada olan generalı əlavə edib: Hərbiçilər istədikləri tərəfə atəş açır, döyüş qaydaları yoxdur, bu müharibə haqqında deyilənlərin hamısı sırf yalandır.
Bu yaxınlarda Brik Təl-Əvivdə çıxan “Maariv” qəzetindəki məqaləsində hakim kabinetin Qəzza müharibəsi cəbhəsinin vəziyyəti ilə bağlı yalan məlumatlarından narahatlığını ifadə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .