Əli Baqiri avqustun 13-ü çərşənbə axşamı gecəsi X sosial şəbəkəsində yazıb: “Qondarma İsrail rejiminin bəzi nazirləri və sionist mühacirlərin Məscidül-Əqsaya təcavüzü İslam müqəddəslərinin və dünya müsəlmanlarının hüquqlarının açıq şəkildə pozulması, regionda gərginliyi və qeyri-sabitliyi artırmağa yönəlmiş təxribatçı bir hərəkətdir.”
“Bu qeyri-qanuni və təxribat xarakterli hərəkət pislənir, xüsusilə İslam dövlətləri və müsəlman xalqları tərəfindən qlobal reaksiyaya layiqdir” - deyə, o, əlavə edib.
Baqiri vurğulayıb ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar sionist rejimin beynəlxalq qanun və qaydaları pozan vəhşi hərəkətlərini dayandırmaq üçün obyektiv və dərhal məsuliyyət daşıyırlar.
Sizin rəyiniz