İRNA-nın cümə günü əl-Mənar kanalına istinadən verdiyi xəbərə görə, Livan Hizbullahı "İmad 4" adlı yeraltı raket qurğusunun videosunu yayımlayıb.
Əl-Məyadin kanalı həmçinin, bu obyektin nəinki gizli və kamuflyajla yaradıldığını, həm də düşmən hücumlarına qarşı kifayət qədər gücə malik olduğunu açıqlayıb.
Videonun bir hissəsində Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın gələcək istənilən müharibədə bütün işğal olunmuş Fələstin ərazilərini hədəfə almaq imkanları ilə bağlı ərəb, ivrit və ingilis dillərində təhdidləri səsləndirilib.
Bu videoda dağın altında iri raket atma platformalarının yerləşdiyi “İmad 4” adlı nəhəng hərbi obyektdən kadrlar göstərilir.
Bu xəbər sionist rejim ordusunun Birləşmiş Qərargahının keçmiş iqtisadi müşavirinin bu yaxınlarda Livan Hizbullahının raket ehtiyatlarına görə dünyanın beş raket gücündən biri olduğunu bildirdiyi zaman dərc olunur.
Ram Əminax bildirib: İsraillilər (məskunlaşanlar) Hizbullahdan gələn təhdidlərin miqyasını anlamırlar.
Sizin rəyiniz