İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi hesabında yazıb: “Məsul beynəlxalq assambleyaların və təşkilatların heyrətamiz hərəkətsizliyi, İslam və Ərəb ölkələrinin təsirli fəaliyyət göstərməməsi sayəsində, ABŞ və onun qərbli müttəfiqlərinin sionist aparteid rejiminə qarşı amansız hərbi dəstəyinin atəşi altında Qəzzədə şəhidlərin sayı qırx mini keçdi.
Şəhidlərin 15 mini uşaqdır, 10 minə yaxın fələstinli şəhidin cəsədi dağıntılar altında qalıb.
Dünyada yatmış vicdanları oyatmaq, dövlətlərin, beynəlxalq təşkilatların rəhbərlərini, rəsmilərini yuxudan oyatmaq üçün bu dəhşətli statistikalar artmaqda davam etməlidirmi?
Qondarma rejimin beynəlxalq birliyin bütün prinsiplərini, qanun-qaydalarını ələ salması, bütün dünyanın gözü qarşısında sərbəst və ən iyrənc üsullarla tarixi və köklü bir xalqa qarşı soyqırım törətməsi bugünkü zahirən sivil dünya və məsuliyyət daşıyan beynəlxalq təşkilatlar və qurumlar üçün əbədi biabırçılıqdır.”
Sizin rəyiniz