20 avqust 2024 at 09:56
Jurnalist kodu: 5564
Xəbər kodu: 85573422
T T
0 Persons

İran: ABŞ-da prezident seçkilərinə müdaxilə iddiası əsassızdır

20 avqust 2024 at 09:56
Xəbər kodu: 85573422
İran: ABŞ-da prezident seçkilərinə müdaxilə iddiası əsassızdır

Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Tehranın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə iddiasını rədd edib və onu “əsassız” hesab edib.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bazar ertəsi axşam saatlarında Tehranın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxiləsinə dair Amerika kəşfiyyatı və kiber qurumlarının iddiası ilə bağlı sualları cavablandırarkən deyib: “Bu cür iddialar əsassızdır. Bundan əvvəl də bildirdiyimiz kimi İranın Amerika seçkilərinə müdaxilə etmək üçün heç bir məqsədi və motivasiyası yoxdur.”

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi deyib: “Əgər Amerika hökuməti bu iddiada doğrudursa, öz sənədlərini bizə təqdim etməlidir ki, onu cavablandıraq.”

FBI və bir sıra digər ABŞ kəşfiyyat qurumları birgə bəyanatda iddia ediblər ki, İranın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın kampaniyasına kiber sızmada, həmçinin prezident seçkilərində Demokratlar Partiyasından namizəd olan Kamala Harrisin seçki kampaniyasını sındırmaq cəhdində əli olmuşdur.

Bundan əvvəl İran İslam Respublikasının BMT-dəki nümayəndəsi “Microsoft” şirkətinin İranın kiberhücumlar vasitəsilə Amerika seçkilərinə müdaxiləsinə dair hesabatı ilə bağlı suallara cavab olaraq demişdi: “İran ölkənin infrastrukturuna, ictimai xidmət mərkəzlərinə və sənaye sahələrinə qarşı müxtəlif kiberhücum əməliyyatlarının qurbanı olub. İranın kiber gücü müdafiə xarakteri daşıyır və üzləşdiyi təhdidlərə mütənasibdir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .