Həmdan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib: “Biz Co Baydenin təklif etdiyi planla razılaşdıq, lakin ABŞ hökuməti Benyamin Netanyahunu razı sala bilmədi.”
O, israillilərin Baydenin planında olan mühüm məsələləri kənara qoyduğunu və bunu qəbul etməkdən imtina etdiyini bildirərək əlavə edib: “Netanyahunun yeni Amerika planı ilə razılaşmaqla bağlı dediklərindən belə çıxır ki, Amerika hökuməti onu əvvəlki planı qəbul etməyə razı sala bilməyib.”
HƏMAS-ın yüksək səviyyəli üzvü vurğulayıb: “Amerikanın etdiyi tək şey Qəzzədə soyqırımı davam etdirmək üçün daha çox vaxt qazanmaqdır.”
Həmdan açıqlamasının davamında qeyd edib ki, biz yalnız Baydenin elan etdiyi və daha əvvəl razılaşdığımız planın həyata keçməsini istəyirik.
“Yenilənmiş təklifin nədən ibarət olduğunu dəqiq bilmirik, amma Dohaya gələn İsrail nümayəndə heyəti təklif olunan plana zidd şərtlər irəli sürüb” - deyə, Həmdan əlavə edib.
O, daha sonra deyib: “İstənilən razılaşma beş əsas məsələni, o cümlədən müharibənin dayandırılması, İsrail qüvvələrinin Qəzzədən çıxarılması və bu maneənin yenidən qurulmasını ehtiva etməlidir.”
Sizin rəyiniz