20 avqust 2024 at 11:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85573631
T T
0 Persons
Əliyev: Qafqazın sabitlik və təhlükəsizliyi Rusiya ilə Azərbaycanın əməkdaşlığından asılıdır

Tehran - İRNA - Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Pezidenti ilə birgə mətbuat konfransında deyib ki, Qafqazda sabitlik və təhlükəsizlik Moskva ilə Bakı arasındakı münasibətlərdən asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan rusiyalı həmkarı Vladimir Putinlə söhbətindən sonra bildirib ki, Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik Bakı ilə Moskvanın qarşılıqlı fəaliyyəti ilə artacaq. 

O deyib: “Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.” 

Əliyev qeyd edib ki, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. 

“Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib” - deyə, Prezident əlavə edib. 

Rusiya mətbuatı məlumat yayıb ki, Vladimir Putin bu gün İlham Əliyevlə görüşdə bildirib ki, Moskva Qarabağ sülh sazişinin imzalanması istiqamətində addımlar ata bilsə, şad olacaq.

Sizin rəyiniz

You are replying to: .