Rusiya mətbuatı yazıb ki, Vladimir Putin bu gün İlham Əliyevlə görüşündə deyib ki, Moskva Dağlıq Qarabağ sülh sazişinin imzalanması üçün addımlar ata bilsə, şad olacaq.
Putin deyib: “Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, buna çox şad olardıq.”
Rusiya Prezidenti deyib ki, Azərbaycan Respublikasının Qarabağdakı vəziyyəti nizamlamağa çalışdığı aydındır.
O, həmçinin Bakı danışıqlarının nəticələri barədə Ermənistanın Baş naziri Nikol Paşinyana məlumat vermək niyyətində olduğunu açıqlayıb.
Putin əlavə edib ki, iki ölkə liderləri dünən (18 avqust) Cənubi Qafqazdakı vəziyyətin həllini müzakirə ediblər və müzakirələri bu gün də davam etdirəcəklər.
“Əməkdaşlıq sahələrinə gəlincə, biz təkcə enerji deyil, sənaye əməkdaşlığı, nəqliyyat, logistika və yüngül sənaye sahələrini də müzakirə edə bilərik” - deyə, Putin vurğulayıb.
Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də deyib: “Bakı və Moskva ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətindən razıdırlar.”
Onun sözlərinə görə, iki ölkənin 2022-ci ilin fevralında imzaladığı müttəfiqlər arasında əməkdaşlıq bəyannaməsi siyasi və iqtisadi sahələrdə uğurla həyata keçirilir.
Putin dünən axşam Bakıya rəsmi səfərə gəlib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşılanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehraban Əliyeva Rusiya Prezidenti Vladimir Putini Zaqulbadakı iqamətgahında qeyri-rəsmi şam yeməyində qarşılayıblar.
Bundan əvvəl Kreml bildirmişdi ki, Putin və Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan arasında (münaqişənin) həlli məsələsini” də müzakirə edəcəklər.
Putinin Azərbaycana sonuncu səfəri 2018-ci ilin sentyabrında olub.
Sizin rəyiniz