İsrailin Qəzzədəki törətdiyi qırğına etiraz edənlər dünən bazar ertəsi və ABŞ prezidenti Co Baydenin məşəli Demokratlar Partiyasının yeni namizədi Kamala Harrisə təhvil verməsindən bir neçə saat əvvəl Çikaqodakı Demokratik Milli Konvensiyanın xarici təhlükəsizlik hasarını qısa müddətə sındırıblar.
Bayden bir saatlıq çıxışında təhlükəsizlik qüsurunu birbaşa qeyd etməsə də, deyib: “Küçədə olan etirazçıların sözü var. İsraillə HƏMAS arasındakı qarşıdurmada hər iki tərəfdən çoxlu günahsız insan həlak olur.”
Eyni zamanda polis dəyənəklə etirazçıların daxili halqaya çatmasının qarşısını alıb. Çikaqo polisi açıqlamasında bildirib ki, etirazçılar Demokratlar Partiyasının Milli Konvensiyasının qarşısındakı hasarların bir hissəsini sındırıblar.
Çikaqo polisi həmçinin polisin dərhal hadisə yerinə gəldiyini, vəziyyəti nəzarətdə saxladığını, heç bir yerdə təhlükəsizliyin pozulmadığını və heç bir mühafizəçi üçün təhlükə yaranmadığını vurğulayıb.
Sizin rəyiniz