20 avqust 2024 at 19:17
Jurnalist kodu: 5561
Xəbər kodu: 85574208
T T
0 Persons
Fələstin müqavimətinin Hizbullaha məktubu: Qələbə yaxındır və Xeybəri yenidən fəth etmək üçün irəliləmək vaxtıdır

Tehran - İRNA - Fələstin müqaviməti Livan Hizbullah Hərəkatına ünvanladığı məktubda bu hərəkatın sionist düşmənə qarşı mübarizədə Fələstin müqavimətinin yanında dayanmasını yüksək qiymətləndirərək, qələbənin yaxın olduğunu vurğulayıb.

Fələstin müqaviməti Livanın İslami müqavimət hərəkatına ünvanladığı məktubda Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullaha, şəhidlərə, yaralılara və bu hərəkatın dözümlü mücahidlərinə salam və alqış göndərib.

Fələstin müqavimətinin Hizbullah döyüşçülərinə ünvanladığı məktubda bildirilir: “Əziz qardaşlar, siz ən yaxşı qardaşlar, tərəfdarlar, vəfalı insanlar və müqavimət adamlarısınız. 10 aydan artıqdır ki, sizinlə üz-üzə gəlməkdən qorxan düşmənlə mübarizədə bütün varınızla mübarizə və fədakarlıq göstərdiyinizin şahidiyik.”

Fələstin müqavimətinin məktubunda əlavə olunur: “Ümmətin tarixinin bu taleyüklü anlarında, uzaq və yaxınların köməyindən məyus olduğu bir vaxtda Qəzzənin ürəyindən sizə bu məktubu göndəririk. Dəhşətə düşmüş düşmən Qəzzə zolağının küçələrində ayaqlarının ucunda dayanıb, gecə-gündüzü qorxu və ağrılı intizar içində keçirir.”

Məktubda gəlmişdir: “Düşmən öz qiymətləndirmələrində və hesablamalarında səhvə yol verdi. Biz əminik ki, siz öz missiyanızı layiqincə yerinə yetirəcəksiniz. İrandan Suriyaya, İraqa və Yəmənə qədər müqavimət oxunda sizin və digər qardaşlarımızın gücünü və təsirli cihadını görəcəyik. Ey mücahid qəhrəmanlar! İndi Xeybər qapısını yenidən fəth etmək üçün irəliləmək və İsraili məhv etməyə çalışmaq vaxtıdır. Ey “Əl-Əqsa Tufanı” döyüşündə bizimlə mübarizə, səbr və rəşadətdə şərik olanlar! Sizə deyirik ki, qələbə yaxındır. Odur ki, sevimli Fələstin torpağının və onun müqəddəs yerlərinin qələbəsi və tam azadlığına qədər səbr edin.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .