20 avqust 2024 at 20:59
Jurnalist kodu: 5561
Xəbər kodu: 85574252
T T
0 Persons
HƏMAS: ABŞ hökuməti İsrailin Qəzzədə cinayətlərinin davam etməsinə görə məsuliyyət daşıyır

Tehran - İRNA - HƏMAS yaydığı bəyanatda sionist rejim ordusunun Qəzzə şəhərinin qərbində məktəbə hücum edərək yeni cinayət törətməsini pisləyib, bu cinayətə görə Amerika hökumətinin məsuliyyət daşıdığını vurğulayıb.

HƏMAS-ın bəyanatında bildirilir: “İşğalçı və faşist sionist rejim ordusunun bu gün günortadan sonra Qəzzə şəhərinin qərbində minlərlə köçkünün yerləşdiyi Mustafa Hafiz məktəbini cinayətkarlıqla bombalaması, bu cinayətdə ən azı 12 qaçqının şəhid olması və bir çoxlarının dağıntılar altında qalması bu ifrat kabinetin qaniçən olmasının, onun cinayətkar siyasətinin və Qəzzə zolağında xalqımıza qarşı soyqırım müharibəsini davam etdirməkdə israrının təsdiqidir.”

HƏMAS vurğulayıb: “Xalqımıza qarşı bu qətllərin davam etməsinə görə tam məsuliyyət Co Bayden və onun hökumətinin üzərinə düşür. Çünki Amerikanın sionist ekstremist kabinetinə tam siyasi və hərbi dəstəyi olmasaydı, bu cinayətlər davam etməyəcəkdi.”

Bəyanatın davamında bildirilir: “Biz beynəlxalq ictimaiyyəti, BMT-ni və onun qurumlarını müdafiəsiz mülki şəxslərə qarşı davam edən bu cinayətləri və pozuntuları dayandırmaq üçün ciddi şəkildə səy göstərməyə çağırırıq.”

“Biz həmçinin Beynəlxalq Cinayət Məhkəməsini avqust ayı ərzində qaçqınların qaçqın mərkəzlərində səkkizinci qətli olan bu qətliamı sənədləşdirməyə və müasir tarixdə misli görünməmiş bu cinayətlərə görə işğalçı rejimin rəhbərlərini mühakimə etməyə çağırırıq” - deyə, HƏMAS əlavə edib. 

Bu bəyanat sionist rejim ordusunun Qəzzə şəhərindəki Mustafa Hafiz məktəbində fələstinli qaçqınlara hücumu nəticəsində bir jurnalist də daxil olmaqla azı 12 nəfərin şəhid olması və bir neçə nəfərin yaralanmasından sonra verilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .