21 avqust 2024 at 17:31
Jurnalist kodu: 5561
Xəbər kodu: 85575284
T T
0 Persons
Məclis Prezident Pezeşkiyanın təklif etdiyi bütün nazirləri təsdiq edib

Tehran - İRNA - İslami Şura Məclisinin üzvləri təklif olunan nazirlərin vəzifə səlahiyyətlərini, keçmişini və proqramlarını nəzərdən keçirmək üçün beş iş günü və 10 açıq iclasdan sonra 14-cü hökumətin 19 kabinet nazirini səsvermə yolu ilə müəyyən edilib.

Bu gün, çərşənbə (21 avqust) 14-cü hökumətin təklif edilən nazirlərinin vəzifə səlahiyyətləri, proqramları və keçmişlərinin araşdırılmasının beşinci və sonuncu günü İslami Şura Məclisnin açıq iclasında təklif olunan nazirlər üzrə səsvermə keçirilib və 14-cü hökumətin nazirləri parlament üzvlərinin səsverməsi ilə müəyyən edilib.

Səsvermədən əvvəl Prezident Məsud Pezeşkiyan İslami Şura Məclisində çıxış edərək, bu həftə ikinci dəfə olaraq təklif etdiyi nazirləri müdafiə edib.

Prezidentin çıxışından sonra sənədlər paylanılaraq millət vəkilləri tərəfindən səsvermə keçirilib və nəticə elan edilib.

12-ci parlamentin nümayəndələri 14-cü hökumətin təklif olunan nazirlərinə aşağıdakı kimi səs veriblər:

1. Əlirza Kazimi, təklif olunan təhsil naziri: lehinə 268 səs

2. Səttar Haşimi, təklif olunan rabitə və informasiya texnologiyaları naziri: lehinə 264 səs

3. Seyid İsmayıl Xətib təklif olunan kəşfiyyat naziri: lehinə 261 səs

4. Əbdül Nasir Himməti, təklif olunan iqtisadiyyat və maliyyə naziri: lehinə 192 səs

5. Seyid Abbas Əraqçi, təklif olunan xarici işlər naziri: lehinə 247 səs

6. Məhəmmədrza Zəfərqəndi, təklif olunan səhiyyə, müalicə və tibbi təhsil naziri: lehinə 163 səs

7. Əhməd Meydəri, təklif olunan əməkdaşlıq, iş və sosial rifah naziri: lehinə 191 səs

8. Qulamrza Nuri Qızılca, təklif olunan kənd təsərrüfatı cihad naziri: lehinə 253 səs

9. Əmin Hüseyn Rəhimi, təklif olunan ədliyyə naziri: lehinə 268 səs

10. Əmir Əziz Nəsirzadə, təklif olunan müdafiə və silahlı qüvvələrə dəstək naziri: lehinə 281 səs

11. Fərzanə Sadiq Malvacerd, təklif olunan yol və şəhərsalma naziri: lehinə 231 səs

12. Seyid Məhəmməd Atabək, təklif olunan sənət, mədən və ticarət naziri: lehinə 231 səs

13. Hüseyn Simayi Sərraf, təklif olunan elm, tədqiqat və texnologiya naziri: lehinə 221 səs

14. Seyid Abbas Salehi, təklif olunan mədəniyyət və islami irşad naziri: lehinə 272 səs

15. İskəndər Mömini, təklif olunan daxili işlər naziri: lehinə 259 səs

16. Seyid Rza Salehi Əmiri, təklif olunan mədəni irs, turizm və əl işləri naziri: lehinə 168 səs

17. Möhsün Paknejad, təklif olunan neft naziri: lehinə 222 səs

18. Abbas Əliabadi, təklif olunan energetika naziri: lehinə 255 səs

19. Əhməd Dünyamalı, təklif olunan idman və gənclər naziri: lehinə 253 səs

0 Persons

Sizin rəyiniz

You are replying to: .