İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani çərşənbə günü “İran atəşkəs danışıqlarının davam etməsi üçün İsrail rejiminə hücum etməkdən çəkinirmi” sualına cavab verərkən deyib: “Bunun maksimum sürpriz anında baş verməsini təmin etmək üçün İranın cavab vermə vaxtı diqqətlə təyin olunacaq.”
İranın BMT-dəki səfiri Əl-Cəzirə ilə söhbətində əlavə edib: “İranın cavabı təcavüzkarı terror aktına və İranın milli suverenliyinin pozulmasına görə cəzalandırmalıdır. İsrail rejimində dərin təəssüf hissi yaratmaq üçün İranın çəkindirmə qabiliyyətini gücləndirməli, beləliklə, çəkindirici rol oynamalıdır.”
“Bundan əlavə, İranın cavabı (Qəzzədə) potensial atəşkəsə hər hansı potensial mənfi təsirin qarşısını almaq üçün diqqətlə hazırlanmalıdır” - deyə, İrəvani qeyd edib.
Sizin rəyiniz