23 avqust 2024 at 12:14
Jurnalist kodu: 5564
Xəbər kodu: 85576512
T T
0 Persons
Əraqçi: İran və Almaniya arasında münasibətləri gücləndirmək qarşılıqlı hörmət tələb edir

Almaniyanın Xarici İşlər naziri Annalena Burbok telefon danışığında doktor Əraqçini İran İslam Respublikasının Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib.

Bu telefon danışığında Burbok İranın yeni hökumətində münasibətlərin qarşısında duran problem və maneələri aradan qaldıraraq iki ölkə arasında əlaqələrin genişlənməsini görəcəklərinə ümid etdiyini bildirib.

Seyid Abbas Əraqçi də telefon zənginə və təbrikə görə almaniyalı həmkarına təşəkkür edib, iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyinə işarə edərək deyib: “Müxtəlif sahələrdə əlaqələri qorumaq və gücləndirmək üçün qarşılıqlı hörmət və ümumi maraqlara diqqət lazımdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .