Nazirliyin cümə günü yaydığı bəyanatın mətnində bildirilir: “İranın nəcib xalqının diqqətinə çatdırılır ki, Tehran, Əlborz, Fars və Xuzistan əyalətlərinin Baş Kəşfiyyat İdarələri tərəfindən ölkənin kəşfiyyat icmasının əməkdaşlığı ilə həyata keçirilən silsilə əməliyyatlar nəticəsində “Xorasan İŞİD-i” kimi tanınan Amerika-sionist qruplaşmasının rəhbərlik etdiyi 14 ünsür müəyyən edildi və möhtərəm məhkəmə orqanının hökmü ilə həbs olundular. Həbs edilmiş şəxslər son bir neçə gündə terror əməliyyatları keçirmək məqsədi ilə ölkəyə qanunsuz daxil olub.
Bunlardan 7 İŞİD ünsürü Fars vilayətində, 7 terrorçu isə Tehran, Əlborz və Xuzistan əyalətlərində həbs edildi.”
Sizin rəyiniz