Səna əhalisi bu gün (cümə) Əs-Səbin meydanında sionist rejimin cinayətlərinə qarşı şüarlar səsləndirərək Qəzzə əhalisinə dəstək nümayişində iştirak edib.
Nümayişçilər Yəmən və Fələstin bayraqlarını qaldıraraq Qəzzədə və bütün Fələstində fələstinlilərin, xüsusilə uşaqların, qadınların və mülki şəxslərin soyqırım edilməsinə beynəlxalq ictimaiyyətin, qərb ölkələrinin susqunluğunu, ərəb və müsəlman ölkələrinin düşmənlə əlbirliyini şiddətlə pisləyiblər.
Həmçinin Hüdeyda şəhərində Parlamentin və Şura Məclisinin üzvləri, vali müavini, şəhərin vəzifəli şəxsləri və vilayətin hərbi komandirləri nümayişdə iştirak ediblər. Nümayişçilər işğalçı rejim üzərində qələbə çalana qədər məzlum Fələstin xalqına dəstək olacağını vurğulayıblar.
Sizin rəyiniz