25 avqust 2024 at 15:03
Jurnalist kodu: 5564
Xəbər kodu: 85578356
T T
0 Persons
Ali Məqamlı Rəhbər: Hüseynçi cəbhə ilə yezidçi cəbhə arasındakı münaqişə bitən deyil

Tehran - İRNA - Ölkənin hər yerindən gəlmiş tələbə heyətləri bu gün səhər saatlarında Ərbəin günü ilə eyni vaxtda İslam İnqilabının Ali Rəhbərinin iştirak etdiyi mərasimdə əzadarlıq edib.

İslam İnqilabının Ali Rəhbəri zöhr və əsr namazlarını qıldıqdan sonra bu mərasimdəki çıxışında deyib: “Aşura ziyarətində İmam Hüseynə (ə) deyirsiniz: “Sizinlə sülh edənlərlə sülh, sizinlə müharibə edənlərlə müharibə edəcəyəm”. Hüseynçi cəbhə ilə yezidçi cəbhəsi arasındakı münaqişə bitən deyil.”

İslam İnqilabının Ali Rəhbəri bugünkü əzadarlıq mərasiminə toxunaraq deyib: “Bu münaqişə davam edir, hüseynçi cəbhə özünü tanıtmışdır. İmam Hüseyn əleyhis-salam Kərbəla səfəri zamanı nə demək istədiyini bir neçə yerdə müəyyən etmişdir. Buyurdu ki, məsələ zülm məsələsidir, zülmkarlıq məsələsidir. Məsələ budur. Hüseynçi cəbhə zülmə qarşı mübarizə aparır və cihad edir.”

Ali Məqamlı Rəhbər vurğulayıb: “Bunun qarşısındakı cəbhə də zülm cəbhəsidir, ilahi əhdi pozmaq cəbhəsidir. Bu gün siz dünyada bunu görürsünüz. Bu iki cəbhə İmam Hüseynin (ə) dövründən əvvəl də mövcud idi. Ondan sonrakı dövrdə də mövcud olmuşdur. Bu gün də var və sona qədər də olacaq.”

Həzrət Ayətullah Xamenei çıxışının davamında bildirib: “(Aşura ziyarətində) Bir frazada gəlmişdir ki, siz kiminlə yaxşısınızsa, mən də onunla yaxşıyam, kiminlə müharibə edirsinizsə, mən də onunla müharibə edirəm. Bu müharibənin müxtəlif formaları vardır. Qılınc və nizə dövründə bir cürdür, atom və süni intellekt dövründə başqadır, amma vardır. Bütün şəraitdə var. “Sizinlə müharibə edənlərlə müharibə edəcəyəm” yaddan çıxmamalıdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .