Azərbaycan Respublikasının Xarici İşlər naziri ölkəsinin İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyinə toxunaraq, Tehran və Bakı arasında əməkdaşlığın yeni dövrdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanlı həmkarına təşəkkür edən Əraqçi Azərbaycan Respublikası ilə qarşılıqlı faydaya əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri adlandırıb, mövcud imkanlardan daha çox istifadə edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər qarşılıqlı olaraq bir-birini paytaxtlara səfərə dəvət edib, yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsini və iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələri, həmçinin iki ölkənin nümayəndələri arasında regional və beynəlxalq forumlarda əməkdaşlığı davam etdiriməyin vacibliyini vurğulayıblar.
Sizin rəyiniz