26 avqust 2024 at 19:37
Jurnalist kodu: 5561
Xəbər kodu: 85579509
T T
0 Persons
Prezident kişi və qadın karate üzrə İran çempionlarını təbrik edib

Tehran - İRNA - Prezident X sosial şəbəkəsində paylaşdığı mesajda Ümid yaş (21 yaşdan aşağı) qrupları üzrə Asiya çempionatında iranlı qız və oğlan karateçiləri təbrik edib.

Doktor Məsud Pezeşkiyan 26 avqust bazar ertəsi axşam saatlarında paylaşdığı mesajında bildirib: “İranın Ümid yaş qrupları üzrə qız və oğlan karateçilərinin Asiyada çempionluğu mübarək olsun.”

İranın karateçi ümidləri 25 avqust bazar günü oğlanlar bölməsində dörd qızıl və bir bürünc, qızlar bölməsində iki qızıl, bir gümüş və bir bürünc qazanaraq iqtidarla Asiya çempionu oldular.

0 Persons

Sizin rəyiniz

You are replying to: .