29 avqust 2024 at 11:47
Jurnalist kodu: 5564
Xəbər kodu: 85582329
T T
0 Persons
İraq İslam Müqavimətinin pilotsuz təyyarəsi Hayfa elektrik stansiyasına zərbə endirib

Tehran - İRNA - İraq İslami Müqaviməti sionist rejimin mövqelərinə hücumlarının davamında Hayfa şəhərinin sənaye elektrik stansiyasına zərbə endirməsi ilə bağlı xəbər verib.

İraq İslami Müqaviməti işğal olunmuş ərazilərin Hayfa şəhərində yerləşən “Alon Tafur” sənaye elektrik stansiyasını hədəfə aldığını açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatında bildirilir: “İşğalçılara müqavimət göstərmək və Qəzzə əhalisinə dayaq olmaq yanaşmamızın davamında, eləcə də işğalçı rejimin fələstinli mülki şəxslərə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı cinayətlərinə cavab olaraq, İraqdakı İslam müqaviməti qüvvələri bu gün, cümə axşamı, 29 avqust 2024-cü il səhər saatlarında Hayfadakı Alon Tafur sənaye elektrik stansiyasını pilotsuz təyyarə ilə hədəfə aldılar.

İraq İslami Müqaviməti həmçinin düşmənin istehkamlarının darmadağın edilməsinin davam edəcəyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .