Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Şəhrivərin 8-i İran İslam Respublikasının Prezidenti və Baş naziri şəhid Rəcai və şəhid Bahünərin qərbin dəstəklədiyi münafiqlərin əli ilə şəhadətinin ildönümü günü və Terrorla Mübarizə Günü İranın nəcib xalqının yaddaşında acı və unudulmaz faktlarla qalmışdır.”
Kənani əlavə edib: “Düşmənlərin planı çərçivəsində xalqın səsi ilə hakimiyyətə gəlmiş inqilabi və islami quruluşu ələ keçirmək istəyən münafiqlər cərəyanı bu məqsədə çata bilmədikdə, ilk növbədə insanlara və ölkənin məsul şəxslərinə qarşı təşkilatlanmış kor-koranə terrorlara əl atdılar, sonra isə onların terrorçu liderləri Fransaya qaçdılar və insan haqlarını iddia edən bəzi qərb dövlətlərinin maddi və mənəvi dəstəyi ilə İran İslam Respublikasına, hökumətinə və xalqına qarşı cinayət əməllərini davam etdirdilər.”
Sizin rəyiniz