Sionist rejim qüvvələri dünən səhər saatlarından etibarən indiyə kimi İordan çayının qərb sahilində Tubas, Tulkərm və Cəninə hücum edərək 16 nəfəri şəhid ediblər.
Əlcəzirə telekanalınin bildirdiyinə görə, sionist rejim ordusu bu gün səhər saatlarında Nur Şəms Briqadasının komandiri Əbu Şuca ləqəbli Məhəmməd Cabiri və digər 4 nəfəri Nur Şəms məscidindəki toqquşmada şəhid etdiyini iddia edib.
Sionist rejim ordusu həmçinin fələstinli qüvvələrlə qarşıdurmada 1 nəfər hərbçisinin yaralandığıni etiraf edib.
Əl-Məyadin telekanalı da sionist təcavüzkar qüvvələrinin Nur Şəms düşərgəsi istisna olmaqla, Tulkərmdən tam geri çəkildiklərini xəbər verib.
Bu xəbərə görə, sionist işğalçı qüvvələr Cəninə daha çox texnika toplayıb və bu şəhərin girişini bağlayıb.
Sizin rəyiniz