Nasir Kənaninin 31 avqust şənbə günü X sosial şəbəkəsindəki səhifəsində dərc etdiyi məqalənin tam mətni belədir:
Qəzzə zolağının məzlum, lakin səbirli və müqavimətli sakinləri sionist rejimin bu zolağa qarşı müharibəsinin üç yüz otuzuncu gününü elə bir vəziyyətdə arxada qoyurlar ki:
- Əksəriyyəti qadın və uşaq olmaqla, bu ölkənin 40 mindən çox sakini sionist cinayətkar dəstə tərəfindən ən vəhşi şəkildə qətlə yetirilib;
- Kişi, qadın, uşaq və yeniyetmə də daxil olmaqla minlərlə insanın parçalanmış cəsədləri Qəzzənin dağıntıları və xarabalıqları altında qalıb;
- Onun sakinlərinin təxminən 90 faizi didərgin düşüb;
- Beynəlxalq təşkilatların hesabat və etiraflarına əsasən, xəstəxanalar, məktəblər, xidmət mərkəzləri və s. yüz faiz həddində dağıdılıb. Hətta, indiki qeyri-bərabər müharibənin sona çatması ilə belə, Qəzzənin dağıntılarını aradan qaldırmaq üçün illər lazım olacaq.
- Bu zolağın bir çox hissəsi bombardmanların həcmindən təsirlənən ekoloji səbəblərə görə illər boyu yaşayış üçün yararsız olaraq qalacaq;
- Sionist rejimin müdafiəsiz və dinc əhaliyə qarşı törətdikləri ən iyrənc və mənfur anti-insan cinayətləri ilə birlikdə Qəzzəyə qarşı üç yüz otuz günlük qorxaq müharibə, insanlığın və şərafətin hüdudlarını rəzalət və çirkinlik qarşısında ölçmək üçün universal ölçü və haqqı batildən ayırmaq üçün açıq bir meyardır.
Sionist rejimin Qəzzə zolağının sakinlərinə qarşı amansız müharibəsi Fələstini işğal edənlərin çirkin və qeyri-insani simasını dünyaya göstərməklə yanaşı, qərbdəki insan haqları iddiaçılarının yalançı simasından saxta pərdəni götürdü, onların həmişə saxta siyasi hiylələrlə, media alətləri ilə bəzədilmiş, ört-basdır edilmiş qana bulaşmış əllərini ifşa və rüsvay etdi.
Sizin rəyiniz