General-mayor Abbas Əzimi şənbə günü İnqilabın Ali Rəhbərinin fərmanı ilə Hava Hücumundan Müdafiə Sisteminin yaranmasının ildönümü münasibətilə media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında əlavə edib: “İnqilabdan əvvəl bütün Hava Hücumundan Müdafiə vasitələri və qurğuları xaricdən gətirilirdi. Bu gün isə yerli alim və mütəxəssislər tərəfindən istehsal olunur. Belə ki, hazırkı radarların məsafəsi 300 kilometrdən çoxdur. Halbuki, İnqilabdan əvvəl təxminən 45 km idi.”
“Müharibə və sülh şəraitinin Hava Hücumundan Müdafiə üçün heç bir məna daşımır. Bu hərbi kompleks tam iş rejimindədir” - deyə, o, vurğulayıb.
Hava Hücumundan Müdafiə anlayışının dünyanın heç bir yerində mütləq olmadığını bəyan edən, sionist rejim rəhbərlərinin dedikləri Dəmir günbəz kimi ifadələri yalan adlandıran Əzimi deyib: “Doğru Vəd əməliyyatı, həmçinin Livan Hizbullahının işğal olunmuş ərazilərə raket yağışı yağdırması zamanı bu iddianın yalan olduğu bütün dünyaya aşkar oldu.”
Sizin rəyiniz