1 sentyabr 2024 at 10:17
Jurnalist kodu: 5564
Xəbər kodu: 85584726
T T
0 Persons
Lavrov: İran heç vaxt təxribat xarakterli hərəkətlərə boyun əyməyəcək

Tehran - İRNA - Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Siyasi Ofisinin rəhbərinə qarşı terror aktının İranı təxribata çəkmək cəhdi olduğunu bildirərək vurğulayıb: “İran İslam Respublikası heç vaxt təxribat xarakterli hərəkətlərə boyun əyməyəcək.”

Rusiya XİN rəhbəri qeyd edib ki, hazırda görünən odur ki, Təl-Əviv qonşu ölkələrin müdaxiləsi ilə İran və İsrail arasında böyük müharibəyə başlamaq istəyən yeganə tərəfdir. 

“İsrail regionda yaranmış şərait və imkanlardan yararlanmaq niyyətində olduğunu gizlətmir” - deyə, o, əlavə edib.

İsmayıl Həniyyənin Tehranda terror edilməsini İranı təxribata çəkmək üçün bir hərəkət olduğunu bildirən Lavrov deyib: “Qərblilər İranı təhrik etməyə çalışsalar da, İran təxribat xarakterli hərəkətlərə boyun əymək istəmir, qətiyyətlə, böyük bir müharibəyə girməkdən uzaq dayanır.”

Sizin rəyiniz

You are replying to: .