İRNA-nın məlumatına görə, Nasir Kənani 1 sentyabr bazar günü X sosial şəbəkəsində yazıb: “Nürnberq məhkəməsindən təxminən səkkiz onillik sonra tarix yenidən başqa bir Hitlerin zühur etdiyinin şahidi olur; beynəlxalq ictimaiyyətin hərəkətsizliyi ucbatından günahsız fələstinli qadın və uşaqların amansız soyqırımını və qətlini davam etdirən cinayətkarın.”
“İnsan hüquqlarını müdafiə etmək iddiasında olanlar, əgər insanlığa, insan həyatına dəyər verirlərsə, indi hərəkətə keçmək vaxtıdır və sabah çox gecdir. Bəşər cəmiyyəti həmişəkindən daha çox insanlıq və ədalətə təşnədir və sionist rejimin cinayətkar başçılarının mühakimə olunmasını tələb edir” - deyə, mətbuat katibi əlavə edib.
Sizin rəyiniz