3 sentyabr 2024 at 17:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85586784
T T
0 Persons

Xarici İşlər Nazirliyi Avstraliyanın Tehrandakı səfirini çağırıb

3 sentyabr 2024 at 17:43
Xəbər kodu: 85586784
Xarici İşlər Nazirliyi Avstraliyanın Tehrandakı səfirini çağırıb

Tehran - İRNA - Təhqiredici, İran və İslam ənənə və mədəniyyətinə zidd yazı dərc edilməsinin ardınca Avstraliyanın Tehrandakı səfiri çağırılıb.

Avstraliyanın Tehrandakı səfirliyi tərəfindən sosial şəbəkələrdə böhtan xarakterli məqalə dərc edilməsinin ardınca bu ölkənin səfiri Yan Makkonvil sentyabrın 13-də regional ofisin rəhbəri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin regional departamentinin rəhbəri Avstraliya səfirliyinin bu normaları pozan məzmunu dərc etməsini qətiyyətlə pisləyib və əlavə edib: “Avstraliya səfirliyi tərəfindən dərc edilən yazı təhqiramizdir, İran və İslam ənənə və mədəniyyətinə ziddir. Bunun layiqli şəkildə əvəzi çıxılmalı və belə halların təkrarlanmasına yol verilməməlidir.”

Xarici İşlər Nazirliyinin regional departamentinin rəhbəri qeyd edib: “İranın xarici əlaqələr tarixi ictimai rəyin yüksək həssaslığını və onların bu cür azğın davranışlara reaksiyasını göstərir.”

Avstraliya səfiri İran İslam Respublikası hökumətinin narahatlığını və mövqeyini Kanberraya əks etdirəcəyini bəyan edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .