4 sentyabr 2024 at 14:09
Jurnalist kodu: 5564
Xəbər kodu: 85587258
T T
0 Persons
Azərbaycan Respublikası xalqının qəlbində İmam Rzanı (ə) ziyarət etmək arzusu

Tehran - İRNA - İmam Rzanın (ə) hərəminin ziyarəti Azərbaycan Respublikası xalqının qəlbində həmişə xüsusi şövqlə keçirilib.  Ziyarətə olan bu maraq Sovetlər İttifaqının dağılmasından sonrakı dövrdə problemlərlə üzləşmiş və Astan Qüds Rəzəvinin planlaşdırılması və “Ziyarət şəhadətnaməsi”nin verilməsi ilə problemi azaltmaqla yanaşı, Azərbaycan Respublikası xalqı arasında xüsusi bir qayda meydana çıxmışdır.

“Qüds-e-Məşhəd” qəzeti Azərbaycan Respublikasının bir neçə fəalı ilə müsahibə zamanı Astan Qüds Rəzəvinin Azərbaycan Respublikası xalqının müqəddəs Məşhədə səfərini asanlaşdırmaq planından bəhs edib.

Ziyarət sənədi

Səfər, xüsusilə də ziyarət məqsədi ilə olan səfər bəzən elə olur ki, bəzi insanlar üçün düyünə düşür. Bəzilərinin düyünü işdə, bəzilərinin maddi vəziyyətdə, bəzilərinin də bədənin zəif olmasındadır.

Qədim insanlar üçün yolun zəhməti, uyğun vasitələrin və yolun olmaması başqa bir düyünlərdən hesab olurdu. Amma azərbaycanlı zəvvarların bütün bunlarla yanaşı, səfərlərində digər böyük bir düyün də var idi. Bu düyün keçmiş Sovet İttifaqı dağılandan sonra da tam həllini tapmamışdı və bu aşiqlərin Məşhəd səfərinə yolunu bağlayırdı. Bununla belə, azərbaycanlı zəvvarlar öz ölkələrinin sərhədini çətinliklə keçdikdən sonra da, başqa heç nə üçün deyil, yalnız İmam Rzanın (ə) ziyarətinə getmək istədiklərini sübut etməli idilər. Amma necə? Sözlərini sübut etmək üçün onlara sənəd lazım idi.

Bu sənədin verilməsi və alınması məsələsi bizim danışmaq istədiyimiz hekayədir.

Azərbaycan Respublikası xalqının qəlbində İmam Rzanı (ə) ziyarət etmək arzusu

İmam Rza (ə) eşqi ilə

Məhəmmədbaqir Dehqanzadə o günlər haqqında xatirələrini bölüşərək deyir: 

“Azərbaycanlıların ilk qruplarının gəlişi 1991-ci ilin avqustundan sonra, yəni təxminən 33 il bundan əvvəl olub. Sovet İttifaqının kommunist sistemi dağıldıqdan və müxtəlif respublikalar, o cümlədən Azərbaycan müstəqillik əldə etdikdən sonra əsasən qocalardan ibarət 40-60 nəfərlik qruplar İrana və Məşhədə axışdılar. Bu zəvvarların əksəriyyəti İmam Rza (ə) Hərəmində olarkən hərəmin mütəxəssisləri və tərcüməçiləri ilə söhbət edir, sovet hökuməti dövründəki çətinliklər və məhdudiyyətlərdən söz açırdılar. Onilliklər ərzində dini vəzifələri yerinə yetirmək qadağasından, hətta Qurani-Kərimi tapa bilmədiklərindən.”

Dehqanzadə deyir: 

“Hətta bəziləri Qurandan əzbər bildikləri surələri şövqlə bizə oxuyurdular. Bütün bu çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, bu illər ərzində İmam Rzaya (ə) olan sevgilərini ürəklərində saxlamışdılar. Məhz bu səbəbdən ölkələrinin siyasi ab-havası dəyişən kimi onlar necə olursa-olsun özlərini Məşhəd ziyarətinə çatdırmağa səy etdilər. Bu, adi bir səfər deyildi. Həzrət Rzanın (ə) bu aşiqləri təkcə yolun çətinlikləri ilə üzləşmirdilər, bəziləri hətta İmama (ə) sevgisi üzündən özünü suya vururdu, İrana çatmaq üçün Araz çayını üzərək keçirdi.”

Heydər Əliyev də məşhədi oldu. 

Amma Müqəddəs İmam Rza (ə) hərəminin qrupu bu şiə qrupu üçün sərhədi keçmək problemini azaltmaq üçün həll yolu düşünür. Bu həll “Təşərrüf şəhadətnaməsi” adlı sənəddir ki, onun ilk nümunəsinin hekayəsini Hindistan yarımqitəsi üzrə məsul ekspert Mucibullah Söhrabiandan eşidirik. 1990-cı illərin əvvəlləri idi və ilk 6 ayda hərəmin beynəlxalq əlaqələr şöbəsi zəvvar qruplarının rəhbərlərinin tələbi ilə bu zəvvarlara səfər zamanı sərhədlərdə heç bir problemlə üzləşməmələri üçün əl ilə yazılmış sadə arayış verirdi. Bundan sonra bir tərəfində Müqəddəs İmam Rza (ə) hərəminin şəkli olan bu şəhadətnamə çap olundu. Bu şəhadətnamə onlara bir cild Qurani-Kərimin azərbaycanca tərcüməsi və bir sıra kitab və nəşrlər ilə birlikdə təqdim edilirdi. 

Müqəddəs İmam Rza (ə) hərəminin iranlı olmayan zəvvarlarının idarəsində 30 ilə yaxın işlədiyinə görə, bu sahənin ən təcrübəli idarəçilərindən sayılan Söhrabianın “Təşərrüf şəhadətnaməsi” ilə bağlı başqa bir yaddaqalan xatirəsi var; “Ayətullah Vaiz Təbəsinin dövründə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev Məşhədə ziyarətə gəlmişdi. Yadigar və təbərrük olaraq ona çoxlu hədiyyələr, o cümlədən müqəddəs məzarın tozundan bir miqdar ona təqdim edildi. Ancaq o, başqa bir şey də istədi. Dedi, görünür, bütün soydaşlarımıza məşhədi olduqlarını göstərən kağız verirsiniz. Mən də ondan istəyirəm. Məhz digərləri kimi və heç bir əlavə protokol olmadan. Mənim üçün bundan qiymətli heç nə yoxdur.

Mən də məşədi oldum 

Bu ziyarət sənədinin Azərbaycan xalqı üçün əhəmiyyəti o qədər böyükdür ki, ziyarətlərini bu sənədi aldıqda və nəhayət, adlarının yanında “məşədi” ləqəbi olduqda, kamil bilirlər. 

Mərkəzi Asiya, Afrika və Avropadan olan zəvvarlar üzrə məsul ekspert Məsud Sadiqi bununla bağlı deyir: “İranlı olmayan zəvvarlar arasında yalnız Azərbaycan və Türkiyədən olan şiələr bu sənədi tələb edirlər. Bu məsələ onların arasında hələ də ənənə kimi qalmışdır və dəyərlidir. İranın şimal-qərb sərhədlərindən Məşhədə gələn aşiqlər hələ də bu sənədi istəyirlər. Onları məşədi kimi tanıdan sənəd. Bu sənəd onların qürur və iftixarıdır. Son illərdə İmam Rza (ə) Hərəmi tərəfindən bu qrup zəvvarlara “Ziyarət şəhadətnaməsi” və ya “Təşərruf şəhadətnaməsi” adlı sənəd verilir. Bu sənədin üzərində İmam Rzaya (ə) aid salavat yazılmışdır və hərəmin təsviri həkk olunmuşdur.”

Mən də məşədi oldum 

Bu ziyarət sənədinin Azərbaycan xalqı üçün əhəmiyyəti o qədər böyükdür ki, ziyarətlərini bu sənədi aldıqda və nəhayət, adlarının yanında “məşədi” ləqəbi olduqda, kamil bilirlər. 

Mərkəzi Asiya, Afrika və Avropadan olan zəvvarlar üzrə məsul ekspert Məsud Sadiqi bununla bağlı deyir: “İranlı olmayan zəvvarlar arasında yalnız Azərbaycan və Türkiyədən olan şiələr bu sənədi tələb edirlər. Bu məsələ onların arasında hələ də ənənə kimi qalmışdır və dəyərlidir. İranın şimal-qərb sərhədlərindən Məşhədə gələn aşiqlər hələ də bu sənədi istəyirlər. Onları məşədi kimi tanıdan sənəd. Bu sənəd onların qürur və iftixarıdır. Son illərdə İmam Rza (ə) Hərəmi tərəfindən bu qrup zəvvarlara “Ziyarət şəhadətnaməsi” və ya “Təşərruf şəhadətnaməsi” adlı sənəd verilir. Bu sənədin üzərində İmam Rzaya (ə) aid salavat yazılmışdır və hərəmin təsviri həkk olunmuşdur.”

Sanki hacını görməyə gəliblər

Azərbaycan əhalisinin fərqli ziyarəti təkcə İmam Rza (ə) Hərəmindən aldıqları sənədlə bitmir. Tamerlan Əlizadənin dediyi kimi, bu səfərin sonu yerli məsciddə yaddaqalan olur. Bu məqsədlə keçirilən məclisdə zəvvar məclisin başında oturur və camaat onu ziyarətə gəlir və İmam Rza (ə) Hərəminin ətrinin qoxusunu ondan alır. Ziyarətdən qayıdan zəvvarı insanlar qarşılayırdılar. Adətən, məhəllə məscidində bununla bağlı məclis keçirilirdi, insanlar bir-bir, dəstə-dəstə onun görüşünə gəlirdilər. Sanki əziz qonağı, uzaq yoldan və ya Allah Evinin ziyarətindən gəlmiş kimisənin görüşünə gəlirlər.

Sizin rəyiniz

You are replying to: .