Kata Cüdo üzrə Dünya Çempionatı bu ilin noyabrında ABŞ-da rəsmi olaraq keçiriləcək. İran Cüdo Federasiyası ev sahibi ölkədən rəsmi dəvət alması elə eyni zamanda bir neçə ay əvvəl bu ölkəyə viza almaq üçün lazımi addımlar atmışdı.
Cüdo Federasiyası məlumat yayaraq bildirib: “Bu yarışlara göndəriləcək yığmanın müsahibəsinə vaxt ayırmaq üçün Federasiya Amerikanın Ermənistan və Türkiyədəki səfirliyi ilə bir neçə dəfə lazımi məsləhətləşmələr aparılmışdı. Nəhayət, Ermənistan səfirliyi dünənki günü (3 sentyabr) İran milli komandası ilə müsahibə üçün təyin etmişdi.”
Sizin rəyiniz