4 sentyabr 2024 at 19:35
Jurnalist kodu: 5564
Xəbər kodu: 85587421
T T
0 Persons
İşğalçı hərbçilərin maşınları yolunda son 72 saatda 6 bomba partlayıb

Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Saraya əl-Qüds bildirib ki, bu qrupun qollarından olan Cenin batalyonunun mübarizləri son 72 saat ərzində İordan çayının qərb sahilində işğalçı qüvvələrin yolunda 6 bomba partladıblar.

Saraya əl-Qüds, Fələstin müqavimətinin İordan çayının qərb sahilində "Düşərgə qorxusu" adlı əməliyyatı ilə bağlı bəyanat yayaraq bildirib: “Son 72 saat ərzində bu fələstinli mübariz qrupun mücahidləri müxtəlif istiqamətlərdə işğalçı qüvvələrlə qarşı 14 döyüş keçirib.

Saraya əl-Qüds vurğulayıb ki, bu mübariz qrupun alt qruplarından olan Tulkərəm batalyonu müxtəlif istiqamətdə 7 silahlı döyüşdə işğalçı qüvvələrə qarşı vuruşub və  işğalçıların hərbi maşınlarının yolunda 4 bomba partladıb.

Tulkərm batalyonu həmçinin bəyan edib ki, onun döyüşçüləri digər fələstinli döyüşçülərlə birlikdə sionist işğalçıları ilə döyüşdə onlardan bir neçəsini öldürüb və yaralayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .