5 sentyabr 2024 at 00:05
Jurnalist kodu: 5564
Xəbər kodu: 85587519
T T
0 Persons
Əl-Qəssam iki sionist əsirin öldürülməzdən əvvəlki son müraciətini yayıb

Tehran - İRNA - HƏMAS-ın hərbi qanadı Şəhid İzzəddin Əl-Qəssam batalyonları çərşənbə günü axşam saatlarında Qəzzədə cəsədləri tapılan altı əsirdən ikisinin son müraciətlərini yayıb. Fələstin müqaviməti ilə işğalçı rejim arasında əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunacağı surətdə, bu əsirlərin dəyişdirilməsi nəzərdə tutulurdu.

Sionist əsir Aleksandr Lobnov işğalçı rejimin Qəzzə zolağını bombalanması nəticəsində öldürülməzdən əvvəl çəkilmiş bu videoda deyir: “Əl-Qəssam qüvvələri mənim həyatımı xilas etmək üçün on dəfə yerimi dəyişdiriblər.”

Lubnov əlavə edib: “İsrail kabinetinə deyirəm ki, əsirlərin mübadiləsinə razı olmadığımıza görə bizi öldürmək istəyirsiniz.”

Bu videoda sionist qadın əsir Karmel Qat öldürülməzdən əvvəl danışıqlar qapısının bağlanmaması üçün sionistlərdən nümayişləri davam etdirmələrini xahiş edir.

Bu sionist əsir Netanyahuya müraciət edərək deyir: “İsrail Nazirlər Kabinetinə və Netanyahuya yalvarıram ki, bizim məsələmizi qulaqardına vurmasınlar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .