7 sentyabr 2024 at 12:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85589202
T T
0 Persons

Prezident Xatəmül-Ənbiya (s) quruculuq qərargahında olub

7 sentyabr 2024 at 12:27
Xəbər kodu: 85589202
Prezident Xatəmül-Ənbiya (s) quruculuq qərargahında olub

Tehran - İRNA - Prezident İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri ilə birlikdə Xatəmül-Ənbiya (s) quruculuq qərargahını ziyarət edib.

Doktor Məsud Pezeşkiyan bu şənbə səhəri İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-mayor Hüseyn Salami və Xatəm əl-Ənbiya (s) quruculuq qərargahının rəhbəri general Əbdürrza Abidlə birlikdə bu qərargaha baş çəkib və Xatəmül-Ənbiya (s) quruculuq qərargahının layihələrinin gedişatını yaxından izləyib.

O, gəlişindən sonra şəhidlərin ruhuna ehtiramını bildirdikdən sonra Xatəmül-Ənbiya (s) quruculuq qərargahının ən son nailiyyətlərinin sərgisini ziyarət etdi.

Prezident quruculuq qərargahının monitorinq mərkəzinə və vəziyyətə nəzarət kabinetinə baş çəkərək bu qərargahın bir sıra layihələri ilə birbaşa əlaqə saxlayıb, bu planları, onların gedişatını və icra işlərini yaxından izləyib.

Xatəmül-Ənbiya qərargahının komandirləri və məsul şəxslərinə qatılan və məruzələri dinləyən doktor Pezeşkiyan bu qərargahın effektiv və etibarlı imkanlarını, əməkdaşlıq və sinerji sahələrini əvvəlkindən daha çox olduğunu bildirdi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .