İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi hesabında paylaşdığı mesajda yazıb: “Xəbərlərə görə, sionist qüvvələr Cenin düşərgəsinə 10 günlük müdaxilə və İordan çayının qərb sahilindəki Tulkərm şəhərinə hücumdan 4 gün sonra Cenin və Tulkərmdən geri çəkiliblər.”
“Qəzzə zolağında və hazırda İordan çayının qərb sahilinin bəzi şimal bölgələrində, xüsusən də Cenin və Tulkərmdə bütün şəhər və xidmət infrastrukturlarının vəhşicəsinə dağıdılmasının görüntüləri sübut edir ki, sionist rejim müqavimət və Fələstin xalqı üzərində qələbədən məyus olub və “yanmış torpaq” strategiyasını izləyir”, Kənani əlavə edib.
Mətbuat katibi bildirib: “Ölkələr və beynəlxalq təşkilatlar İordan çayının qərb sahilində İsrail rejiminin hərbi cinayətləri təkrarlamasının qarşısını almağa mənəvi, insani və hüquqi cəhətdən borcludurlar.”
Sizin rəyiniz