7 sentyabr 2024 at 17:23
Jurnalist kodu: 5561
Xəbər kodu: 85589610
T T
0 Persons
Hollandiyanın Amsterdam Universitetində Fələstin tərəfdarları nümayişləri bərpa edib

Tehran - İRNA - Hollandiyanın Amsterdam Universitetinin yüzlərlə tələbəsi nümayiş keçirərək universitetin İsrail qurumları ilə əlaqələrinin kəsilməsini tələb ediblər.

Universitetlərdə yeni tədris ilinin başlaması ilə sionist rejimin hərəkətlərinə qarşı tələbə nümayişləri yenidən başlayıb. 

Yüzlərlə hollandiyalı tələbə Amsterdam Universitetində toplaşaraq universitetin sionist rejim qurumları ilə əlaqəni kəsilməməsinə etiraz edib. 

Tələbələr Fələstin bayrağını qaldıraraq, İsraili boykot etməyə çağırıb və Fələstinin azadlığı üçün “dənizdən çaya” şüarını səsləndiriblər. Tələbələr həmçinin “İsrailin terrorist mahiyyətini” vurğulayaraq, işğalçılığa son qoyulmasını tələb ediblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .