Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İran İslam Respublikasının Ermənistanın ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin dəyişməzliyini dəstəkləməkdə tutduğu mövqeləri yüksək qiymətləndirib. O vurğulayıb ki, Ermənistan və İran sərhəddi sülh, dostluq və dinc həyatın sərhədidir və Ermənistan İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verir və heç bir qüvvə İran və Ermənistan arasında ərazi əlaqəsini kəsə bilməz. O, Ermənistan ərazisi daxilində istənilən blokadanın aradan qaldırılmasının Ermənistanın daxili qurumlarının və onun milli-ərazi suverenliyinin nəzarəti altında olacağını vurğulayaraq, Ermənistanın dəhliz məntiqi ilə istənilən blokadanın aradan qaldırılmasının əleyhinə olduğunu bildirib.
Bu görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb
Sizin rəyiniz