İRNA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Daxili İşlər naziri Əbdüləziz bin Səud bin Nayif ibn Əbdüləziz məktub ünvanlayaraq, İskəndər Möminini İran İslam Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni vəzifələrində uğurlar arzulayıb.
Səudiyyə Ərəbistanının Daxili İşlər nazirinin məktubunda bildirilir: “O qardaş ölkə üçün daha çox uğurlar, tərəqqi və firavanlıq arzulayıram.”
İsgəndər Mömini ərəbistanlı həmkarının təbrik məktubunun cavabında bildirib: “İki ölkə arasında əlaqələr yeni şəraitdə konstruktiv əməkdaşlığa əsaslanaraq daha da inkişaf etdirilməlidir.”
Sizin rəyiniz