11 sentyabr 2024 at 15:45
Jurnalist kodu: 5564
Xəbər kodu: 85593926
T T
0 Persons
General Səlami: İslami İranın qlobal imperializmlə mübarizədə bugünkü nüfuzu aşkardır

Urmiya - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Allahın lütfü və şəhidlərin səyi ilə İslami İranın qüdrətini artırmaq yolunda addımlar atdığına işarə edərək deyib: “İslami İranın qlobal imperializmlə mübarizədə bugünkü nüfuzu aşkardır.”

General-mayor Səlami çərşənbə günü Qərbi Azərbaycanın cənubunda Casusan zirvəsinin fəthi uğrunda şəhid olanların anım mərasimində əlavə edib: “Biz gənclərin imanı ilə silaha, qüdrətə və dağlara əzəmət veririk. Nə qədər ki, bu gənclərin mübarizə və imanı var, biz nə təslim olacağıq, nə güzəştə gedəcəyik, nə imtiyaz verəcəyik, nə geri çəkiləcəyik, nə də süst olacağıq: yalnız irəli gedəcəyik.” 

SEPAH komandanı deyib: “Bu mübarizələr Allahın lütfü ilə nəticə verdi, İslami İran öz gücü və təhlükəsizliyi ilə başıuca olmuşdur, imperialistlərlə iqtidar dili ilə danışır və döyüşür.” 

“Fədakarlıq, sədaqət və qəlbimizdə əl-ələ vermə qüdrəti olmadan Amerika və onun tərəfdaşları ilə mübarizə aparmaq mümkün deyil” - deyə, general Səlami bildirib. 

O, Qəzzə xalqının qlobal imperializmə qarşı müqavimətinə toxunaraq əlavə edib: “Bu müqavimət sərt və kədərli bir görünüşə malikdir, amma bu gün bir dünya boyda böyümüş Fələstinin sağ qalmasının sirri məhz bu cihad, müqavimət və dirəniş ilə bağlıdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .