İraq Baş nazirinin ofisi, əməkdaşlıq sənədlərinin imzalanma mərasiminə aid bəyanat və fotoşəkillər yayaraq bildirib ki, bu sənədlər ixtisaslaşdırılmış qüvvələrin hazırlığı, idman və gənclər, mədəniyyət və incəsənət mübadiləsi və tarixi abidələr, təhsil və təlim, media, rabitə, dini turizm karvanlarının göndərilməsi, kənd təsərrüfatı və təbii sərvətlər, poçt, sosial dəstək texniki-mühəndis qüvvələrinin hazırlanması, ixtisaslı işçi qüvvəsinin səviyyəsinin yüksəldilməsi və nəhayət, iki ölkənin ticarət palataları arasında əməkdaşlıqlara aiddir.
Bağdad - İRNA - İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyan və İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudaninin iştirakı ilə iki ölkə rəsmiləri arasında müxtəlif iqtisadi, ticarət, mədəni və sosial sahələrdə 14 əməkdaşlıq sənədi imzalanıb.
Sizin rəyiniz