Doktor Məsud Pezeşkiyan çərşənbə günü İran İslam Respublikasının Bağdaddakı mədəni məsləhət mərkəzində İraqda yaşayan iranlılarla görüşdə bildirib: “Ölkəmizdə kiçik bir hadisə baş verəndə bütün dünya mediası işə düşür və tez bir zamanda İranda insan haqlarını şübhə altına alır. Halbuki bu gün Qəzzədə bu qədər cinayət baş verir və sionist rejim fələstinli qadınları, uşaqları, qocaları və gəncləri bomba və raketlərlə qətlə yetirir, amma insan haqları iddiası ilə çıxış edən dünya gözünü və qulağını bütün bu cinayətlərə bağlayıb.”
“Dünya nəinki bu cinayətlərin qarşısını almağa kömək etmir, hətta sionist rejim bu cinayətləri özünümüdafiə adlandırır” - deyə, Prezident əlavə edib.
Pezeşkiyan qeyd edib ki, dünyanın Qəzzədəki cinayətlərə yanaşma prosesi mərdliyi öldürür.
Prezident sionist rejimin cinayət işlətməsinin səbəblərindən biri kimi İslam dünyası arasında birlik və həmrəyliyin olmamasını qeyd edərək deyib: “Əgər sionist rejim bu gün Qəzzədə bir milyon yarım müsəlmanı öldürməyə cəsarət edərsə, bunun səbəbi müsəlman ölkələrin sadəcə tamaşaçı olmasıdır.”
Sizin rəyiniz