12 sentyabr 2024 at 17:29
Jurnalist kodu: 5561
Xəbər kodu: 85594674
T T
0 Persons
İngiltərə, Fransa, Hollandiya və Almaniyanın Tehrandakı nümayəndəliklərinin rəhbərləri Xarici İşlər Nazirliyinə çağırıldı

Tehran - İRNA - Avropa tərəflərinin diplomatiyadan uzaq bəyanatı və qeyri-konstruktiv açıqlamalarının ardınca İngiltərə, Fransa, Hollandiya və Almaniya nümayəndə heyətlərinin başçıları Xarici İşlər Nazirliyinə çağırılıb.

Ukrayna münaqişəsində müdaxilə iddiası ilə İngiltərə, Fransa və Almaniya XİN rəhbərlərinin Amerika ilə uyğunluq göstərərək diplomatiyadan uzaq bəyanatından sonra bəzi Avropa tərəflərinin qeyri-konstruktiv açıqlamasının davam etməsi və İran İslam Respublikasına qarşı bəzi sanksiyaların tətbiqinin ardınca, İngiltərə, Fransa, Hollandiya və Almaniyanın Tehrandakı nümayəndəliklərinin rəhbərləri bu gün (cümə axşamı) Qərbi Avropa məsələləri üzrə baş direktoru tərəfindən ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıb.

Qərbi Avropa məsələləri üzrə baş direktor bu ölkələrin nümayəndələrinin başçıları ilə görüşdə bəzi qərbli tərəflərin sensassiya yaratmasını, son destruktiv bəyanatlarını və hərəkətlərini qətiyyətlə pisləyərək deyib: “Qərbin bu cür mövqe və hərəkətlərində israr etməsi İran xalqına qarşı düşmənçilik siyasətinin davam etdirilməsi istiqamətində dəyərləndirilir. Təbii ki, İran İslam Respublikası müvafiq cavab verəcək.”

Məcid Nili Əhmədabadi Ukrayna münaqişəsi ilə bağlı ölkəmizin aydın və elan edilmiş mövqeyini bir daha vurğulayaraq əlavə edib: “Əvvəllər də vurğulandığı kimi, İran İslam Respublikasının Rusiyaya ballistik raketlər satması ilə bağlı hər hansı iddia tamamilə əsassız və yalandır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .