İran İslam Respublikasının nümayəndəliyi cümə axşamı ölkəmizin xaricdə müxaliflərə sui-qəsd planlaşdırmaqda ittiham olunmasına dair sualları cavablandırarkən deyib: “İran İslam Respublikasının Qərbdə və ya başqa bir ölkədə terror və ya adam oğurluğu əməliyyatları üçün heç bir məqsədi və planı yoxdur.”
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi əlavə edib: “Bu xəbərlər sionist rejimin cinayətlərini ört-basdır etmək üçün sionist rejimi və Albaniyada yerləşən münafiqlərin terrorçu sektası, həmçinin bəzi qərb kəşfiyyat xidmətləri, o cümlədən ABŞ tərəfindən yaradılır.”
Sizin rəyiniz