14 sentyabr 2024 at 12:02
Jurnalist kodu: 5564
Xəbər kodu: 85595860
T T
0 Persons

Tags

Kənani: Avropa İttifaqı İranı ittiham etməkdən çəkinməlidir

14 sentyabr 2024 at 12:02
Xəbər kodu: 85595860
Kənani: Avropa İttifaqı İranı ittiham etməkdən çəkinməlidir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Avropa İttifaqının ali nümayəndəsinin İranın Ukrayna münaqişəsində iştirakı bəhanəsi ilə İrana qarşı ittihamına toxunaraq, Avropa İttifaqının yalan məlumat əsasında ittihamlar irəli sürməkdən çəkinməli olduğunu bildirib.

Nasir Kənani şənbə günü Avropa İttifaqının ali nümayəndəsinin Ukrayna münaqişəsinə müdaxilə bəhanəsi ilə İran İslam Respublikası ilə bağlı bəyanatını kəskin şəkildə pisləyib və deyib: Bir daha İran İslam Respublikasının mövqeyini açıq şəkildə xatırladıram; İranın Rusiyaya ballistik raket satması ilə bağlı istənilən iddia yalandır. 

O, bəzi tərəflərin dağıdıcı mövqelər nümayiş etdirməkdə, açıqlamalar və bəyanatlar verməkdə israrlı olması barədə xəbərdarlıq edərək əlavə edib: Biz Avropa İttifaqına yalan məlumat əsasında ittihamlardan çəkinməyi tövsiyə edirik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .