14 sentyabr 2024 at 14:29
Jurnalist kodu: 5564
Xəbər kodu: 85596131
T T
0 Persons

Tags

Sərhəd alayının avtomobilinə edilən terror aktının təfərrüatları

14 sentyabr 2024 at 14:29
Xəbər kodu: 85596131
Sərhəd alayının avtomobilinə edilən terror aktının təfərrüatları

Tehran - İRNA - Sistan və Bəlucistan əyalətinin sərhəd mühafizəsi komandiri silahlı terrorçuların Mircave sərhəd alayının zabitlərinin maşınına qorxaqcasına hücumu və cənub-şərq sərhədlərinin təhlükəsizliyini qoruyan üç sərhədçinin şəhid olmasının təfərrüatlarını açıqlayıb.

General-mayor Rza Şucayi şənbə günü bu hadisənin təfərrüatlarını açıqlayaraq deyib: “Cümə axşamı saat 20:30-da (12 sentyabr) Mircave sərhəd alayının maşını şəhərdəki yanacaqdoldurma məntəqəsində yanacaq doldurarkən terrorçularının hücumuna məruz qalıb. Bu terror hadisəsində sərhəd alayının komanda heyətinin 3 üzvü şəhid olub, onlardan biri Əyalət Sərhəd Mühafizəsinin baş leytenantı Məhəmməd Əmin Naruyi, iki nəfər isə növbətçi personallar Parsa Suzəni və Əmir İbrahimzadə olub” - deyə, o, əlavə edib. 

Sistan və Bəlucistan əyalətinin sərhəd qoşunlarının komandanı bu terror aktında Mircave şəhərinin sakinlərindən birinin də yaralandığını bildirərək deyib: “Qorxaq hücumdan sonra terrorçular dərhal oradan qaçıblar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .