Bu iclasda İslam Respublikası Xəbər Agentliyi (İran İslam Respublikası), Azərtac (Azərbaycan Respublikası), Qazaxıstan Prezidentinin Teleradio Kompleksi və TASS İnformasiya Agentliyi (Rusiya Federasiyası) və Türkmənistan Dövlət Xəbər Agentliyi tərəfindən nümayəndələr iştirak edib.
Bazar günü axşam saatlarında keçirilən bu toplantının iştirakçıları Xəzər regionunun aparıcı KİV-ləri arasında çoxtərəfli informasiya əməkdaşlığının gücləndirilməsinin vacibliyinə toxunaraq, Xəzər İnformasiya Agentlikləri İttifaqının beş qonşu ölkənin maraqları əsasında yaradılmasının vacibliyi qənaətinə gəliblər.
İclasda beş Xəzər sahili ölkəsinin rəsmi xəbər agentliklərinin nümayəndələri İttifaqın əsasnamələrinin hazırlanması, növbəti iclasın vaxtının və yerinin müəyyən edilməsi, habelə İttifaq çərçivəsində informasiya əməkdaşlığı formatının hazırlanması üzrə məsləhətləşmələrin aparılması barədə razılığa gəliblər.
İclasda İslam Respublikası Xəbər Agentliyinin (İRNA) beynəlxalq məsələlər üzrə direktoru qonşular arasında media əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayaraq, Xəzəryanı ölkələrin informasiya agentlikləri birliyinin yaradılmasını xalqların yaxınlaşması və region hökumətləri arasında əlaqələrin möhkəmlənməsi istiqamətində atılan addım kimi qiymətləndirib.
Zaman Rzaxani bununla bağlı Xəzəryanı ölkələrin xəbər agentlikləri arasında ortaq platforma yaradılmasını təklif edərək deyib: “Bu platformada sözügedən medialar nəinki öz xəbərlərini paylaşa biləcək, həm də Xəzər dənizi regionunun xəbərləri üçün istinad mənbəyinə çevriləcək.”
Z. Rzaxani əlavə edib: “Bu platformada infrastruktur, iqtisadiyyat, mədəniyyət və turizm kimi müxtəlif sahələrdən xəbərlər yer almaqla, Xəzər dənizinin sahilyanı ölkələrinin imkanları haqqında yaxşı istinad ola bilər və region haqqında dəqiq təsəvvür yarada bilər.”
Sizin rəyiniz